İngiltərənin “Aston Villa” klubu 5 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu mövsüm çempionatda cəmi 4 matça çıxan 35 yaşlı isveçli qapıçı Robin Olsen azad agent kimi ayrılaraq karyerasını vətənində "Malmö"də davam etdirəcək. O, 2019-cu ildən "Aston Villa"da çıxış edirdi.
Olsenlə eyni vaxtda kluba qoşulan 29 yaşlı ingilis mərkəz müdafiəçisi Kortni Haus da azad agent olub. Futbolçunun dizində ciddi problemlər var idi və son iki ildə rəsmi yarışlarda meydana çıxmayıb.
Komandadan ayrılan digər üç futbolçu isə icarədə olanlar - Marko Asensio (PSJ), Markus Raşford ("Mançester Yunayted") və Aksel Disasidir ("Çelsi") .