ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son 1/4 finalçı Almaniyanın "Borussiya Dortmund" və Meksikanın "Monterrey" komandalarının duelində müəyyənləşib.
Görüş Bundesliqa nəhənginin qələbəsi ilə yekunlaşıb - 2:1.
14-cü və 24-cü dəqiqələrdə Seru Girassi dubl edib. “Monterrey”in yeganə qolunun müəllifi isə 48-ci dəqiqədə fərqlənən German Bertrame olub.
Qeyd edək ki, "Borussiya Dortmund" 1/4 finalda “Real Madrid” ilə üz-üzə gələcək. İspaniya təmsilçisi 1/8 finalda İtaliya “Yuventus”unu minimal fərqlə məğlub edib - 1:0.