Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol veteranlarından olan Kamal Quliyev məşqçiliyə qayıdıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Qaradağ Lökbatan"ın baş məşqçisi təyin olunub.
Quliyev yeni mövsümdən 2-ci Liqada çıxış edəcək Lökbatan təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Kamal "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Standard, "Voln" (Ukrayna) kimi klubların şərəfini qoruyub, köməkçi məşqçi kimi "Neftçi" ilə, baş məşqçi kimi isə "Neftçala" ilə ölkə çempionluğunu qazanıb.
Mirağa