Azərbaycanı UEFA konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.
"Aris" Xorvatiyanın "İstra" klubunun qapıçısı Lovro Maykiçi transfer edib. 26 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də Bakıda, səfər matçını isə bir həftə sonra səfərdə keçirəcək.