Fransanın əfsanəvi hücumçusu Olivye Jiru "Lill"lə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti 1 illikdir. 38 yaşlı forvard "itlər"də 9 nömrə altında çıxış edəcək. O, "Los-Anceles"lə müqaviləsinin müddəti başa çatdığı üçün "Lill"ə azad agent kimi keçib .
Jiru qayıdışını belə şərh edib: "Fransaya, vətəmə qayıtdığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Olivye Letanq zəng edib təklifini çatdıranda çox fikirləşmədim. Liqa 1-i tərk edəndən 13 il sonra geri qayıtmağım məntiqli idi. Mən həmişə "Lill"i Fransanın ən yaxşı klubu hesab etmişəm".
"Lill" ötən mövsüm Fransa çempionatını 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb.
Jiru 2024-cü ilin yayında "Milan"ı azad agent kimi tərk edərək ABŞ-a köçmüşdü. Lakin fransız MLS-də 37 matçda cəmi 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Jiru 57 qolla Fransa millisi tarixinin bombardiridir.
Mirağa