"Şamaxı" klubunda məşqçi ayrılığı baş verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əvəzedici komandanın baş məşqçisi Məqsəd Yaqubəliyevlə onun köməkçisi Namiq Əliyev bölgə təmsilçisini tərk ediblər.
Klubdan müqavilələrinin müddəti bitən məşqçilərlə yeni anlaşma imzalanmadığı təsdiqlənib.
Yaqubəliyevin "Mingəçevir"in baş məşqçi postuna təyin olunacağı gözlənilən Ramiz Məmmədovun köməkçi olacaq. Komanda iki mövsüm əvvəl Premyer Liqa vəsiqə qazananda da ikili birgə çalışıblar.
"Pele" ləqəbli Namiq Əliyevə gəlincə, əldə etdiyimiz məlumata görə, o, "Sumqayıt"ın futbol akademiyasında fəaliyyət göstərəcək.
Mirağa