"Sabah"ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Sele" heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə Sloveniya klubunun klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən komanda yarımmüdafiəçi Darko Hrkanı transfer edib. Onunla 2027-ci ilə qədər müddətə müqavilə imzalanıb.
Yerli "Nafta"dan transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.
Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.