Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Mançester Siti” üzərində dramatik qələbə qazanan (4:3) “Əl-Hilal”ın futbolçuları fantastik məbləğdə mükafat alıblar.
Fanat.Az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Mənbənin məlumatına görə, oyundan sonra paltardəyişmə otağına gələn Səudiyyə şeyxlərindən biri əlavə vaxtda ingilisləri yenərək 1/4 finala yüksələn komanda üçün səxavət kisəsinin ağzını açıb: o, qələbədə iştirak edən hər bir futbolçuya 2 milyon rial (450 min avro) mükafat vəd edib.
Qeyd edək ki, "Əl-Hilal" 1/4-də Braziliyanın "Fluminense" komandası ilə qarşılaşacaq. Oyun 4 iyulda baş tutacaq.
Mirağa