Keçmiş dünya çempionu Tayson Fyuri 2026-cı ildə peşəkar boksa qayıtmağı planlaşdırır.
Fanat.Az "Ring Magazine"-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin rəhbəri Turki Əl-Şeyx sosial şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb.
"Kral geri döndü! Mən Taysonla danışdım və o, 2026-cı ildə Ər-Riyadda döyüşəcəyinə söz verdi. Ovlamalı olduğumuz bir dovşan var".
Xatırladaq ki, Fyuri bu ilin yanvarında təqaüdə çıxdığını açıqlamışdı.
Mirağa