Bu gün, iyulun 3-də KONKAKAF Qızıl Kubokunun yarımfinal oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, onların nəticələrinə əsasən turnirin finalçıları müəyyənləşib.
İlk oyun ABŞ və Qvatemala arasında olub. Amerikalılar rəqibini 2:1 hesabı ilə məğlub ediblər.
Digər yarımfinal matçında isə Meksika ilə Honduras qarşılaşıb. Görüşün favoriti olan meksikalılar çətinliklə də olsa, qalib gəlməyi bacarıblar - 1:0.
Beləliklə, finalda yarışmanı ən çox qazanan iki komanda üz-üzə gələcək. ABŞ turnirdə 7 dəfə qalib gəlib, Meksika isə 12 qələbə ilə rekordçu, həm də hazırkı kubokun sahibidir.
KONKAKAF Qızıl Kubokunun finalı İyulun 7-də keçiriləcək.
Eyni zamanda, Qvatemala və Honduras bürünc medalçı statusu alıb, çünki KONKAKAF Qızıl Kubokunda üçüncü yer uğrunda görüş keçirilmir.