"Bayern Münhen"in 35 yaşlı hücumçusu Tomas Müller müasir futboldakı fantastik transfer qiymətlərini tənqid edərək, onları şişirdilmiş və absurd adlandırıb.
Fanat.Az xəbər verir ki, CBS almaniyalı ulduz forvardın fikirlərini belə çatdırıb:
"150 milyon avro nə deməkdir? Bu, sürrealdır. Bu, sadəcə, klublar arasında aparılan danışıqlarda göstərilən bir rəqəmdir, real dəyər bu deyil. 150 milyonun nə demək olduğunu kim başa düşə bilər? O pula Neymarı almaq olmaz, amma çoxlu sayda ağac əkmək olar. Yaxud Müllərə veriləcək 150 milyonla çox faydalı işlər görmək olar".
Hazırkı transfer rekordu braziliyalı Neymara məxsusdur: 2017-ci ildə PSJ onun transferi üçün "Barselona"ya 222 milyon avro ödəyib.