Növbəti mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi “Pakş”la gücünü sınayıb.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Bayquşlar"ın heyətində Neqoş Kupusoviç biri penaltidən olmaqla, 2 qol vuraraq dubl edib, daha bir dəfə Abdulla Xaybulayev fərqlənib.
Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında Rumıniya "Rapid"i ilə heç-heçə etmişdi - 2:2.
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah" I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da Bakıda, cavab matçı 17-də səfərdə baş tutacaq.