ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün 1/4 final oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk yarımfinalçı "Fluminense" - "Əl-Hilal" görüşündə bilinəcək. Mundialın sürpriz komandaları olan Braziliya və Səudiyyə Ərəbistanı təmsilçilərinin dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
F qrupundan pley-offa 2-ci yerin sahibi kimi yüksələn "Fluminense" 1/8-də İtaliya "İnter"ini mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 05:00-da isə Braziliyanın digər təmsilçisi "Palmeyras" İngiltərə nəhəngi "Çelsi" ilə üz-üzə gələcək. London klubu D qrupunda "Flamenqo"dan geri qalaraq 2-ci olub, 1/4-ə isə "Benfika"nı yenərək adlayıb.
Qeyd edək ki, 1/4 finalın digər iki oyunu - PSJ (Fransa) - "Bayern Münhen" və "Real Madrid" - "Borussiya Dortmund" duelləri sabah keçiriləcək. Klublararası dünya çempionatına 13 iyulda yekun vurulacaq.
Mirağa