"İnter Mayami"nin 38 yaşlı hücumçusu Lionel Messi ABŞ klubu ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edir.
Fanat.Az xəbər verir ki, bu barədə urnalist Qaston Edoul məlumat yayıb.
Mənbə danışıqların yaxşı getdiyini və 2026-cı ilin dekabr ayının sonuna kimi qüvvədə olacaq müqavilənin bağlanma ehtimalının yüksək olduğunu iddia edib.
Messi ilə klub arasında mövcud müqavilə 2025-ci ilin dekabr ayının sonuna kimi hesablanıb.
Argentinalı dünya çempionu 2025-ci ildə "İnter Mayami"də 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.