"Çelsi"nin baş məşqçisi Entso Mareska klublararası dünya çempionatının 1/4 finalında "Palmeyras" üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın mətbuat xidməti Mareskanın dediklərini belə çatdırıb:
"Gözlədiyimiz kimi, çətin oyun oldu. Bizə çox enerji lazım idi. Çünki biz mövsümün sonunda, onlar isə başlanğıcındadırlar. Buna görə də güc fərqi var idi. Amma mən futbolçuları təbrik etmək istəyirəm, çünki onlar çox yaxşı idilər... Qalib gəldiyimiz üçün xoşbəxtik. Estevanın qol vurmasına xüsusilə sevindik. Bir sözlə, gözəl axşam oldu".
Qeyd edək ki, "Çelsi" klublararası dünya çempionatının yarımfinalında "Fluminense" ilə qarşılaşacaq. Qarşılaşma iyulun 8-də baş tutacaq.