"Turan Tovuz"da üç yeni təyinat baş tutub.
Fanat.Az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçentso Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.
Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb.
Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib.
Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçentso Çestaro daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca", "Avellino" və "Noçerina" kimi klublarda çalışıb.
Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.