ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir yarımfinalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti matçında PSJ ilə "Bayern Münhen" qarşılaşıb.
İlk hissəsi qolsuz heç-heçə bitən qarşılaşmada bütün hadisələr fasilədən sonraya təsadüf edib. 78-ci dəqiqədə Desire Due hesabı açıb. Sonluq gərgin keçib. PSJ matçı 9 nəfərlə bitirməli olub. 81-ci dəqiqədə Villian Paço, 90+2-də isə Lukas Ernandes qırmızı vərəqə alaraq meydandan qovulublar. Buna baxmayaraq, Fransa klubu matça əlavə olunmuş 6-cı dəqiqədə fərqi artırmağa müvəffəq olub. Usman Dembele yekun nəticəni müəyyənləşdirən qola imza atıb - 2:0.
Beləliklə, Almaniya nəhəngini məğlub edən Luis Enrikenin komandası yarımfinala adlayıb. Parislilərin finala gedən yolda sonuncu rəqibi "Real Madrid" - "Borussiya Dortmund" cütünün qalibi olacaq.