ABŞ-də təşkil olunan klublararası dünya çempionatında sonuncu yarımfinalçı bəlli olub.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin son oyununda “Real Madrid” ilə “Borussiya Dortmund” qarşılaşıblar.
İspaniya nəhəngi almanları 3:2 hesabı ilə məğlub edib.
Oyunda hesabı 10-cu dəqiqədə Qonsalo Qarsiya açıb. 20-ci dəqiqədə Fran Qarsiya fərqi 2 topa çatdırıb. 90+3-cü dəqiqədə Maksimilyan Beyer hesab arasında fərqi azaltsa da, 2 dəqiqə sonra Kilian Mbappe "Real"ın üstünlüyünü yenidən 2 topa çatdırıb. 90+6-cı dəqiqədə Din Höysen qırmızı vərəqə alıb ki, dortmundlular 90+8-ci dəqiqədə penaltidən fərqlənən Seru Girassi isə oyunda son nöqtəni qoyub.
“Real Madrid”in yarımfinaldakı rəqibi Fransanın PSJ klubu olacaq.