ABŞ-də təşkil olunan KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, həlledici oyunda təşkilatçı ölkə ABŞ ilə Meksika üz-üzə gəlib.
Meksikalılar rəqibini ABŞ-ı 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə bu titula yiyələnib.
Texas ştatının Hyuston şəhərində keçirilən oyunda meksikalıların heyətində qolları Raul Ximenes (27) və Edson Alvares (78) vurub. ABŞ-nin yeganə qolunun müəllifi isə Kris Riçards (4) olub.
Beləliklə, Meksika tarixində 13-cü dəfə bu titula yiyələnərk rekord göstəricisini daha da yaxşılaşdırıb. Qeyd edək ki, KONKAKAF turnirini ən çox qazanmış ikinci komanda məhz ABŞ-dir. Amerikalılar sözügedən turnirdə 7 dəfə qalib gəliblər.
Eyni zamanda, Qvatemala və Honduras bürünc medalçı statusu alıb, çünki KONKAKAF Qızıl Kubokunda üçüncü yer uğrunda görüş keçirilmir.