"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ klubundan ayrılmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, superulduz Səudiyyə Ərəbistanının "Əl Əhli" klubuna keçməyə hazırlaşır. Sözügedən klub Messini bu qış transfer etməyə can atır. Tərəflər arasında danışıqlar bir neçə həftədir davam etsə də, səudiyyəlilər argentinalı almaq üçün pul xərcləmək istəmirlər və argentinalının "İnter Mayami" ilə müqaviləsinin dekabrda başa çatmasını gözləyir.
Öz növbəsində Amerika klubu da dünya çempionunu komandada saxlamağı və ona yeni müqavilə təklif etməyi planlaşdırır.
Messi bu mövsüm 18 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. 38 yaşlı futbolçunun bazar dəyəri 18 milyon avrodur.