Bu gün UEFA Konfrans Liqasında 2025-2026 mövsümü start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın açılış günü birinci təsnifat mərhələsi çərçivəsində 2 matç baş tutacaq.
“Sent Cosefs” (Cəbəllütariq) “Kliftonvill”i (Şimali İrlandiya), “Floriana” (Malta) isə “Haverfordvest”i (Uels) qonaq edəcək.
Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edən "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə ikinci mərhələdən başlayacaq. Bakılılar Xorvatiyanın "Hayduk", naxçıvanlılar isə Yunanıstanın "Aris" komandası ilə qarşılaşacaq. İkinci mərhələyə iki həftə sonra start veriləcək.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
8 iyul
20:00. “Sent Cosefs” (Cəbəllütariq) – “Kliftonvill” (Şimali İrlandiya)
21:30. “Floriana” (Malta) – “Haverfordvest” (Uels)