Türkiyə nəhəngi ''Fənərbağça'' yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az ''Aspor''-a istinadla xəbər verir ki, yarımmüdafiəni gücləndirmək istəyən klub ''Tottenhem''dən Yves Bissoumanı heyətinə qatmağa hazırlaşır.
28 yaşlı yarımmüdafiəçinin də Türkiyə klubuna keçməyə razı olduğu bildirilir. ''Fənərbağça'' futbolçunun transferi üçün 22 milyon avro ödəməyə hazırdır.
Malili futbolçunun klubu ilə 2026-cı ilə qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, ''Tottenhem'' Bissoumanı 2022-ci ildə ''Brayton''dan 30 milyon avroya transfer edib.
Kamil Xudiyev