Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin qalan 4 oyunu baş tutacaq.
Fanat.Az xəbər verir ki, bununla da mərhələnin ilk görüşlərinə yekun vurulacaq.
Azərbaycanı qitınin ən nüfuzlu klub turnirində təmsil edən, yarışa ikinci mərhələdən qoşulacaq "Qarabağ"ın potensial rəqibləri də bu gün meydana çıxacaqlar. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) qarşılaşması saat 22:45-də başlayacaq.
Qeyd edək ki ki, mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
20:00. “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta)
21:30. FCSB (Rumıniya) – “İnter Eskaldes” (Andorra)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Dinamo Minsk” (Belarus)
22:45. “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya)