"Yuventus" serbiyalı hücumçusu Duşan Vlahoviçlə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
25 yaşlı forvarda onların planlarında olmadığı çatdırılıb. Bu səbəbdən Turin klubu Vlahoviçi satmağa çalışır, çünki onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
"Yuventus" serb üçün 20 milyon avro almağı planlaşdırır.
Vlahoviç 2024/25 mövsümündə 44 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" Duşanın dəyərini 35 milyon avro qiymətləndirir.