Hazırlığını Türkiyədə davam etdirən “Araz-Naxçıvan” Ərzurumda ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, UEFA Konfrans Liqasına qardaş ölkədə hazırlaşan Elmar Baxşıyevin komandası yerli “Bayburtspor”la qarşılaşacaq.
Görüş yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00) start götürəcək.
“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, iyulun 17-də isə “Trabzonspor”la qarşılaşacaq.