Ötən mövsümü 2-ci Liqa təmsilçisi "Haypers Quba"da keçirən yarımmüdafiəçi Cavid İmamverdiyev şimal təmsilçisindən ayrılıb.
Bu barədə Fanat.Az-a 35 yaşlı futbolçu özü məlumat verib.
26 turda 30 qol vuraraq liqanın ikinci ən yaxşı bombardiri olan İmamverdiyev hələlik heç kimlə danışıq aparmadığını və təkliflərə açıq olduğunu bildirib.
Qeyd edək ki, Cavid İmamverdiyev futbolçu karyerası ərzində "Haypers Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in uğurları üçün çalışıb.
Mirağa