Türkiyə çempionu ''Qalatasaray'' klubdan ayrılması gündəmdə olan futbolçuların yerini doldurmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Barış Alper Yılmazın klubdan ayrılacağı təqdirdə əvəzinə ''Bayern Münhen" forması geyinən Kinqsli Komanı heyətinə qatacaq.
Bu barədə məlumatı ''Sporx'' yayıb.
Mənbənin məlumatına görə, Barışın İtaliya "İnter"inə transferi baş tutarsa, əldə olunan gəlir Komanın transferi üçün xərclənəcək.
''Bayern'' bu transfer üçün 25-30 milyon aralığında məbləğ tələb edir.
Qeyd edək ki, fransalı hücumçu ötən mövsüm 45 matçda 9 qol və 6 asistlə fərqlənib.
Kamil Xudiyev