''Beşiktaş''dan ayrılmağa hazırlaşan Əl Musrati karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Liqa 1 komandaları ötən mövsümü icarə əsasında ''Monako''da keçirən Musratinin trasferində maraqlıdır.
Bu barədə məlumatı ''Sporx'' yayıb.
Mənbənin məlumatına görə, ''Beşiktaş'' bu transferdən 10 milyon avro qazanmağı hədəfləyir.
Qeyd edək ki, liviyalı yarımmüdafiəçi ''Monako'' heyətində çıxdığı 11 matçda 1 qol 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kamil Xudiyev