Növbəti mövsüm II Liqada çıxış edəcək "Qaradağ Lökbatan" ilk transferini reallaşdırıb.
Bu barədə Fanat.Az-a komandanın yeni baş məşqçisi Kamal Quliyev məlumat verib.
Lökbatan təmsilçisi təcrübəli hücumçu Sabir Allahquliyevlə razılığa gəlib. 37 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Allahquliyev ötən mövsümü "Ordu"da başa vurub. O, bir neçə il əvvəl də "Qaradağ Lökbatan"da çıxış edib və 2021/22 mövsümündə I Liqanın bombardiri olub.
Mirağa