"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa satılan biletlərin sayı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sloveniyanın "Sele" komandası ilə matça indiyədək artıq 5 min bilet satılıb.
Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.