"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris"i növbəti yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, Yunanıstan təmsilçisi Niderland toplanışı çərçivəsində son oyununda "Alkmaar"la üz-üzə gəlib.
"Aris" qarşılaşmadan 2:3 hesabı ilə məğlub ayrılıb. Yunanların heyətində Noah Fadiqa (13-cü dəqiqə) və Lindsi Rous (72-ci dəqiqə) fərqlənib. "Araz-Naxçıvan"ın rəqibi startda meydana bu heyətlə çıxıb: Atanasiadis, Fadiqa, Fridek, Brabek, Alvaro, Con-Cules Emvodo, Montşo Rodriqes, Panayidis, Mendil, Dianti, Laurent Moron.
Xətırladaq ki, Yunanıstan təmsilçisi əvvəlki yoxlama oyunlarında Şotlandiya "Livinqston"una 1:3, Belçika "Anderlext"inə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.