UEFA Avropa Liqasında 2025/2026 mövsümü start götürür.
Fanat.Az xəbər verir ki, 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün daha 8 matç keçiriləcək.
Mübarizəyə məhz Azərbaycan təmsilçisi "Sabah" start verəcək. Belə ki, mərhələnin ilk oyunu Bakıda baş tutacaq ki, "bayquşlar" Sloveniya komandası "Sele"ni qonaq edəcək.
Türkiyəli məşqçi Arda Turan "Şaxtyor Donetsk"də rəsmi debüt matçını Finlandiya "İlves"inə qarşı keçirəcək.
Qeyd edək ki, 1-ci mərhələnin cavab görüşləri iyulun 17-də keçiriləcək.
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi
10 iyul
20:00. “Sabah” (AZƏRBAYCAN) – “Sele” (Sloveniya)
20:30. AEK (Kipr) – “Partizan” (Serbiya)
21:00. “Şerif” (Moldova) – “Priştina” (Kosovo)
21:00. “Paks” (Macarıstan) - CFR (Rumıniya)
21:30. “Levski” (Bolqarıstan) – “Hapoel” (Beer Şeva, İsrail)
22:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya)
22:15. “Spartak” (Trnava, Slovakiya) – “Hakken” (İsveç)
23:00. “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan)