"Çelsi" və "Arsenal" "zadəganlar"ın cinah oyunçusu Noni Maduekenin transferi ilə bağlı razılığa gəliblər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis vingerin ümumi transfer qiyməti 58 milyon avro olacaq və onunla 5 illik müqavilə imzalanacaq.
Noni Madueke 2024/25 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" oyunçununun dəyərini 40 milyon avro qiymətləndirir. O, 2023-cü ildə 29 milyon funt-sterlinqə PSV-dən "Çelsi"yə keçib.
Mirağa