UEFA Konfrans Liqasına və növbəti mövsümə Türkiyədə hazırlaşan "Araz-Naxçıvan" növbəti yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci sınaq görüşündə Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 9-da baş tutan ilk yoxlama oyununda yerli "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb.