Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstan çempionatında dubl edib.
Fanat.Az xəbər verir ki, "Atırau" komandasında çıxış edən futzal üzrə yığmamızın "1 nömrə"si 32-ci tur çərçivəsində "Astana" ilə matçda fərqlənib.
4:1 hesablı qələbədə Rövşən əsas pay sahibi olub. Qapıçı olmasına baxmayaraq, o, bu görüşdə 2 qol vurub. Hüseynli 27 və 30-cu dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Rövşən Hüseynli oktyabrdan etibarən "Atırau"da icarə əsasında çıxış edir. Hüseynli ilk qolunu ötən il dekabrın 18-də "Ordabası"nın qapısından keçirib.
Mirağa