20:06 06.03.2023 358

“Bacaracağımıza inanıram”

Martın 7-də Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Fanat.Az xəbər verir ki, matçın keçiriləcəyi Koşalin şəhərindəki arenadakı məşqdən sonra komandamızın üzvü Eduardo Borges federasiyanın rəsmi saytına müsahibə verib:

- Əvvəlcə Yunanıstanla oyun haqda danışardın...
- Yaxşı hazırlaşmışdıq. Meydana nə üçün çıxdığımızı bilirdik. Çalışdıq və yekunda məqsədimizə nail olduq. Qol vurmağım da mənim üçün əlavə motivasiya oldu.

- Sanki hesab 4:0 olduqdan sonra bir qədər arxayınlaşdınız. Halbuki futzalın da özünəməxsus yazılmamış qanunlar var: rəqib ardıcıl 2 qol vurmaqla bu qanunu reallığa çevirməyə yaxın idi...
- Bəzən istədiyini edə bilmirsən. 4:0-dan sonra da bizim real qol epizodlarımız oldu. Problem onları realizə edə bilməməyimizlə bağlı idi. Biz vura bilmədik, onlar şanslarından maksimum istifadə etdilər. Kənardan isə bu, arxayınlıq təsiri bağışladı. Biz də bilirik ki, futzalı final fitinə qədər oynamaq, meydanda mübarizə aparmaq lazımdır. Əgər final mərhələsinə yollanmaq haqda düşünürüksə, bu cür səhvlərə heç cür yol verməməliyik.

- Polşadakı məşqdən sonra təəssüratların necədir?
- Komandada hər şey qaydasındadır. Üç oyundan maksimum xal toplamışıq və bura lider kimi gəlmişik. Matçın keçiriləcəyi zal da yaxşıdır. İnanıram ki, oyun günü tribunalar tam dolacaq və azarkeşlər maraqlı oyun izləyəcək. Yenə deyirəm, hər şey yaxşıdır, qalır meydana çıxmaq və bu mərhələni qələbə ilə yekunlaşdırmaq.

- Heyətdə zədəsi olan futzalçılar var. Bu durum komandaya təsir edə bilərmi?
- Qarşıda hələ 2 gün var. Həkim onların hamısının meydana çıxacağını deyib. Allahın köməyi ilə martın 7-də tam heyətlə məqsədimizə çatacağıq. Komanda yoldaşlarıma inanıram.

- İlk matçda bu rəqibə qarşı forma geyinmədin. Onlar kənardan necə görünürdü?
- Bakıda keçirilmiş birinci oyunda iştirak etməmişəm. Ancaq oyunun videoyazısına baxmışam. Hesabdan da görünür ki? qarşılaşma kifayət qədər çətin keçib. Rəqibimiz güclü komandadır. Bu dəfə onlar doğma meydanda oynayacaqlar. Cüzi də olsa, bu məqam onların xeyrinədir.

- Hazırkı vəziyyət Polşa ilə oyuna necə təsir edəcək?
- Meydana nə heç-heçə, nə də minimalhesablı yenilgi üçün çıxacağıq. Yeganə məqsədimiz qələbə qazanmaqdır. İstəyirik ki, elit-raunda güclülərin sırasında vəsiqə qazanaq. Bacaracağımıza inanıram.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

Facebookdan bizi izləməyi unutmayın.
X