Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan Kubokunun 2024-2025 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsində Yüklsək Liqanın 6, Birinci Liqanın 12 komandasının mübarizə aparacaq.
Yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə görüşü davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.
Bu mərhələnin oyunları yanvarın 11-də və 12-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
Yasamal Bakı – Baku Fire
PFL – Baku Fire-2
Metropoliten – U-19
Neftçi İK – Yeni Suraxanı
STAR kargo – Çarşı Bakı
Dəstə Ordubad – Şuşa
Timsport – Xan-Lənkəran
Araz-Naxçıvan – Djevo Dəyirman
1/4 final
1. Yasamal Bakı – Baku Fire // Araz-Naxçıvan – Djevo Dəyirman
2. PFL – Baku Fire-2 // Timsport – Xan-Lənkəran
3. Metropoliten – U-19 // Dəstə Ordubad – Şuşa
4. Neftçi İK – Yeni Suraxanı // STAR kargo – Çarşı Bakı
1/2 final
1 - 4
2 - 3