Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün "Neftçi" İK-nı 6:2 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" növbəti çempionluğunu rəsmiləşdirib.
Sözügedən kollektiv 19-cu dəfə Azərbaycan çempionu adını qazanıb.
"Araz-Naxçıvan" 19 turdan sonra 49 xalla liderdir. İkinci yerdəki "Neftçi" İK-nın 43 xalı var.
“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblərin adlarına iyulun 3-də keçiriləcək püşkatma mərasimində aydınlıq gələcək.