Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Yevgeni Kukseviç təyinatı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlama verib:
"Millinin baş məşqçisi olmaq mənim üçün şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsınlar və daim nəzarətimizdə olsunlar. Onların inkişafı çox vacibdir. Tək məşqlərdə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.
Qeyd edək ki, Yevgeni Kukseviç və fiziki hazırlıq üzrə məşqçi Aleksey Kudlayla 1 illik müqavilə imzalanıb.