"Araz-Naxçıvan" futzal komandasının UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.
Azərbaycan çempionu F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, F qrupunun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.