15:23 30.01.2021 866

Millimizin futzalçısı: "Fasilə versək, sonrası yaxşı olmayacaq”

"İzləyənlər də gördülər ki, biz oyuna yaxşı başladıq. Hesabı açdıq, üstəlik fərqi artırmaq üçün epizodlar yaratdıq. Əsas problem onları qola çevirə bilməməyimiz oldu. Bu azmış kimi, rəqib qol vurdu və hesab bərabərləşdi”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Braziliya əsilli hücumçu görüşün çətin keçəcəyini gözlədiklərini bildirib: "Əksər futzalçılarımız uzun müddət idi meydana çıxmırdı. Üstəlik, Slovakiya da qrupumuzun iddialı komandasıdır. Onlar da birinci yer uğrunda mübarizə aparırlar və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmağa iddialıdırlar”.

Qarşılarındakı məqsədə nail olduqları üçün sevincli olduğunu gizlətməyən Vilela Yunanıstana da eyni məqsədlə yollanacaqlarını vurğulayıb: "Əlbəttə, Slovakiya da meydanda gəzmirdi. Onlar da çalışdı bizi əks-hücumda yaxalasınlar. Müəyyən epizodlarda buna nail oldular. Yunanıstanla görüşdə isə buna imkan verməməliyik. Afinadakı matç da çətin olacaq. Rəqibimiz öz meydanında oynayır, onlar bizdən daha çox məşq ediblər, həm də ilk oyun həyəcanını üzərlərindən atıblar. Biz isə həmin oyunu da itkisiz başa vurmalıyıq. Çünki istəyimiz ardıcıl 6-cı dəfə final mərhələsində iştirak etməkdir”.

Yığmanın digər futzalçısı Xətai Bağırov isə söyləyib ki, birinci oyun hər zaman çətin keçir: "Həm də 10 aydan çoxdur ki, zalda məşq etmir, oyun keçirmirdik. Otən ilin noyabrında Çempionlar Liqasında cəmi bir görüşdə iştirak etmişik. Oyuna gəldikdə, yaxşı başladıq, hesabı açdıq. Sadəcə, sonra yaratdığımız qol epizodlarını boşa verdik”.

O, özünün real qol epizodlarını reallaşdıra bilməməsini isə belə izah çedib: "Yunanıstanla qarşıdakı oyun haqqında da fikirlərini bölüşən hücumçu komandasına uğurlar arzulayıb. Qol vurmaq üçün təkcə mənim iki yüzfaizlik şansım oldu, istifadə edə bilmədim. Bunun hamısı zalda məşq etməməyimizin, oyun keçirməməyimizin nəticəsidir. Matçla məşq eyni effekti vermir. Zala demək olar, hələ tam öyrəşməmişik. Çətinliyə baxmayaraq, ikinci hissənin sonuna yaxın hesabı xeyrimizə dəyişdik, ardıcıl qollar vurduq. Qələbə qazananda səhvlər çox yadda qalmır, gözə görünmür. Vacib məsələ qələbə idi, bunu bacarmaqla çox şeyin üzərindən xətt çəkdik".

Bağırov bu başlanğıcın davamını Yunanıstanda gətirmək istədiklərinidə söyləyib: "Az vaxtımız var. Bu ölkənin yığması ilə qarşılaşmasaq da, son çempionları ilə Çempionlar Liqasında üz-üzə gəlmişik. AEK-in üzvlərinin əksəriyyəti millinin oyunçularıdır. Baş məşqçi də hər iki yerdə çalışır. Yəni, oyun üslubuna bələdik. Səfərdən yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.

Millinin üzvü Afinadan döndükdən sonra da məşqlərə fasilə verməməyin vacibliyini qeyd edib: "Çünki martda və apreldə vacib oyunlarımız var. Yeni-yeni formaya düşürük. Fasilə versək, sonrası yaxşı olmayacaq. Bunu "Araz”ın timsalında yaşadıq. Noyabrda reytinqdə və gücdə bizdən zəif olan komandaya yenildik və mübarizəni dayandırdıq".

Qeyd edək ki, fevralın 2-də keçiriləcək Yunanıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X