Bu gün "Araz” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib.
Naxçıvan təmsilçisi Latviyanın Salaspils şəhərində baş tutan qarşılaşmada rəqibi ilə bərabərə qalıb - 4:4.
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. "Araz" növbəti oyununu avqustun 24-də meydan sahibi "Raba"ya qarşı keçirəcək. Qrupdakı son oyun saat 21:00-da start götürəcək.
İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
Çempionlar Liqası
İlkin mərhələ
22 avqust
15.00 Kampuksen Dinamo (Finlandiya) - Araz (Azərbaycan) 4:4
Qollar: Maşedo Basilio, 12:15. Jere İntala, 12:40. Sergey Korsunov, 21:37. Maşedo Basilio, 29:56 - Xətai Bağırov, 6:21. Rodriges, 7:22. Pereyra Qonsalves, 15:49. Əmir Şocayi, 33.
Kampuksen Dinamo: 30. Yuxa-Matti Savolaynen, 6. Yukka Kutelya, 10. Sergey Korsunov, 11. Mikko Kutelya (k), 47. Lassi Lintula; 1. Nila-Ville Laytnen, 7. Henri Lousta, 9. Maşedo Basilio, 12. Ossi Kivipuro, 18. Jere İntala, 20. Heykki Korhonen, 21. Bene Filppu.
Baş məşqçi: Vasko Vuyoviç.
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 9. Emanuel Rodriges, 14. Murilo Borges, 17. Pereyra Qonsalves; 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Əmir Şocayi, 15. Hadi Əhmədi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Dario Pezzuto (İtaliya), Daniele Dadamo (San Marino)
Latviya. Salaspils İdman Kompleksi.
1. Araz 2 1 1 0 13-6 4
2. Kampuksen Dinamo 2 1 1 0 9-4 4
3. Raba 1 0 0 1 0-5 0
4. Europa 1 0 0 1 2-9 0