Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz”ın yer aldığı qrupda daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, F qrupuna ev sahibliyi edən Latviya çempionu "Raba" Cəbəllütariq "Europa"sı ilə qarşılaşıb və 8:3 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə "Europa"nı 9:2 hesabı ilə üstələyib, ikinci oyunda isə Finlandiya təmsilçisi "Kampuksen Dinamo" ilə 4:4 hesablı heç-heçə edib. "Araz" növbəti oyununu avqustun 24-də məhz meydan sahibi "Raba"ya qarşı keçirəcək. Qrupdakı son oyun saat 21:00-da start götürəcək.
Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
1. Araz 2 1 1 0 13-6 4
2. Kampuksen Dinamo 2 1 1 0 9-4 4
3. Raba 2 1 0 1 8-8 3
4. Europa 2 0 0 2 5-17 0
Mirağa