14:25 23.08.2021 744

"Araz"ın oyunçuları etiraf etdi: "Hazır deyilik"

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparan “Araz” sabah həlledici oyuna çıxacaq. Latviyada təşkil olunan yarışda təmsilçimizin sonuncu rəqibi meydan sahibi “Raba” olacaq. İki turdan sonra həm “Araz”ın, həm də Finlandiya “Kampuksen Dinamo”sunun 4 xalı var. Naxçıvan klubunun nisbi üstünlüyə (topların daha yaxşı fərqinə) görə 1-ci yerdə olsa da, sabahkı görüşlər vəziyyəti dəyişə bilər. Son turda “Araz”a qələbə kifayət etməyə bilər. Həm qalib gəlmək, həm də vurulub-buraxılan toplara görə balansı da qorumaq lazım gələcək. 

Əslində, finlandiyalıları məğlub etməklə, əsas mərhələyə vəsiqənin taleyini 99 faiz həll etmək mümkün idi. Ancaq “Araz” “Kampuksen Dinamo” ilə görüşdə xeyli çətinlik çəkdi. Komanda yorğun görünür, hücumların təşkilində problem yaşayırdı. Belə desək, oyun Finlandiya çempionunun diqtəsi altında keçdi. 

Bəs problem nədir? Son 13-14 ildə mübarizəyə əsas və ya elit mərhələdən başlayan “Araz” niyə ilkin mərhələdəki rəqibləri ilə görüşdə çətinlik çəkir? Fanat.Az bu suala, ümumiyyətlə, komandanın hazırkı durumuna aydınlıq gətirmək üçün “Araz”ın və millimizin liderlərindən olan Xətai Bağırov və İsa Atayevin fikirlərini öyrənib.

Xətai Bağırov: “ÇL-ə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Zalda cəmi 10-12 məşq edə bilmişdik. 4-5 aydı biz oynamırıq. Bu qədər aradan sonra forma yığmaq çətin olur. Azı bir ay lazım idi. Yaxşı ki, birinci oyunda rəqibimiz zəif idi. Ona görə böyük hesabla qalib gəldik. Finlandiya komandası isə əsas rəqibimizdi. Heyətlərində 5-6 milli üzvü, o cümlədən 1-2 legionerləri var. Ən əsası isə, 2 aydan çoxdur məşqlərə başlayıblar. Yəni tam hazır gəliblər. Yaxşı ki, bizə yeni qoşulan Filipinyo güclü futzalçıdır. Bizə çox kömək etdi. 
Sabah hər şey özümüzdən asılıdır. “Raba”nı 6 top fərqi ilə udmalıyıq ki, qrup qalibi növbəti mərhələyə kimi rahat çıxaq. Ən azından 3 xal götürməliyik ki, qrup ikincisi kimi vəsiqə qazanacaq 1 komanda məhz biz olaq. Sabah 3 xal qazanmaqla bərabər, mümkün qədər çox qol vurmalı və az buraxmalıyıq”.

İsa Atayev: “İkinci oyun çox çətin keçdi. Etiraf etməliyik ki, fiziki formamız yetərli deyil. Deyərdim ki, gücümüz çatmadı. Çünki ÇL ərəfəsində çox az müddət məşq elədik. Rəqib 2 ay bunnan qabaq başlayıb məşqlərə. Bizdə isə heç 15-20 gün olmadı. 15-20 gün ərzində nə fiziki forma yığmaq, nə də taktiki tapşırıqları mənimsəmək mümkündür. Demək olar ki, komanda hazır deyil. Həm də bizə yeni oyunçular qoşulub. Bu qədər qısa müddətdə taktiki gedişləri, standartları yadda saxlaya bilməzlər. Filipinyo (Pereira Goncalves Dos Santos) yaxşı formadadır, pley-ofdan sonra bizə qoşulub deyə, onun formada olduğu göz qabağındadır. Emanuel isə nə taktiki cəhətdən, nə də fiziki baxımdan formada deyil. Buna baxmayaraq, finlərə qalib gələ bilərdik. Ancaq yaranan şansları maksimum qola çevirə bilmədik”.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:38

MPL: "Neftçi" "Səbail"i yenir -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X