Futzal üzrə Birinci Liqada yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, mövsümdə ilk qolu “Yasamal” İSK-dan Vüsal Səfərov vurub. Elə ilk qələbəni də bu komanda aktivinə yazdırıb.
Qeyd edək ki, futzal yarışlarında oyunlar azarkeşlər üçün qapalıdır.
Turun ilk günündə “Olimpik Star”da keçirilmiş oyunlarda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq:
Yasamal İSK – Ulduz 3:2
Şuşa – Baku Fire-2 5:2
Metropoliten – Star Karqo 1:12
Dəstə Ordubad – Standard 2:13
Turun qalan oyunları bu gün keçiriləcək:
19:30. Forza Neftçi – PASO FK
Hakimlər: Şakir Quliyev, Elgün Hüseynov, Maya Nəbiyeva
Hakim-inspektor: Elçin Səmədli
20:30. Alyans Qrup MMC MFK – Qarabağ-Füzuli
Hakimlər: Hüseyn Əsgərov, Ceyhun Hüseynov, Maya Nəbiyeva
Hakim-inspektor: Azad Hüseynov
21:30. ADBTİA – Zəngilan
Hakimlər: Elgün Hüseynov, Şakir Quliyev, Hüseyn Əsgərov
Hakim-inspektor: Ramiz Əsədov