"Araz-Naxçıvan" və Kosovonun "Liçeni" komandaları arasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyununda dava düşüb.
Fanat.az xəbər verir ki, insident matçın son dəqiqələrində baş verib.
"Araz-Naxçıvan"ın hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.
Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş üç futzalçını qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb.
Mirağa