Avropa çempionatının final mərhələsində millimizlə bir qrupda yer alan Gürcüstan yığması yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az xəbər verir ki, yanvarın 22-də komandamızın rəqibi olacaq gürcülər 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb.
Rəqibimiz dekabrın 16-da və 18-də Serbiya millisi ilə üz-üzə gələcək. Növbəti rəqib isə Qırğızıstan yığması olacaq. Bu komanda ilə görüşlər isə dekabrın 21-də və 22-də baş tutacaq.
Qeyd edək ki, bu oyunların hamısı Tbilisidə baş tutacaq.