Fevralın 9-da futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, tədbir saat 12:00-da Bakı İdman Sarayının media zalında təşkil olunacaq.
Qeyd edək ki, 1/8 finalda "Araz-Naxçıvan", EKOL, "Baku Fire"," Neftçi İK", "Alyans", "Xilə", "Record club", U-19," Forza Neftçi", "Advokat", "Atletiko Baku", "Alyans Qrup", "Bibi-Heybət", "İSMA Baku", "STAR kargo-2" və "Baker Tilly" komandaları iştirak edəcək.
Bu mərhələnin oyunları fevralın 19-da və 20-də keçiriləcək.
Mirağa