Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin klubu "Torpedo" Rusiya Superliqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Nijeqorod təmsilçisi "Sinara" ilə çempionluq mübarizəsi baxımından prinsipial sayılan ikinci dueldə də eyni hesabla uduzub - 5:8.
Futzal üzrə millimizin üzvü iki həftədir "Torpedo"nun düşərgəsində olsa da, rəsmi matçda meydana çıxa bilməyib. Buna səbəb isə onun hələ də sifariş olunmamasıdır. Qapıçının probleminin bu həftə yoluna qoyulacağı bildirilir.
Hazırda “Torpedo” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və liderdən 9 xal geri qalır.
Mirağa