Futzal üzrə ölkə birinciliyinin qalibi "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 6-cı qrupunda "Mostar" (Bosniya və Herseqovina) və ilkin mərhələdə D və F qruplarının qalibi ilə görüşəcək.
Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas oyunları 25 - 30 oktyabrda keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.